| Sistemin maksimum hündürlüyü | 3000mm |
| Qanadın maksimum eni | 1000mm |
| Şüşənin qalınlığı | 4+12+4 |
| Şüşənin növü | Temperli |
| Profilin rəngləri (anbarda) | Eleksual (metalik), teksturalı, boyalı, boyasız |
Eko Paket kəndarlı və kəndarsız 3, 4 və 5 kanallı ikiqat şüşəli sürmə sistemi möhkəmlik, rahatlıq və estetik görünüş nəzərə alınmaqla hazırlanıb. Sistem qış bağçalarının, ofis sahələrinin, kafe, otel və restoranların terraslarının daha komfortlu və funksional məkanlara çevrilməsi üçün istifadə olunur.
İkiqat şüşə konstruksiyası sistemin hermetikliyini artırır və temperatur fərqindən yaranan tərləmənin qarşısını almağa kömək edir. Sistemin hazırlanmasında korroziyaya səbəb olan materiallardan istifadə olunmur.