“Bioklimatik Pergola” açıq məkanlardan ilin bütün fəsillərində rahat istifadə etməyə imkan verən müasir və funksional örtük sistemidir. Elektrik mühərriki və pult vasitəsilə idarə olunan hərəkətli alüminium lamellər sayəsində məkanın günəş, hava və yağışdan qorunma səviyyəsini istəyə uyğun tənzimləmək mümkündür.
Lamellərin müxtəlif bucaqlarda hərəkət etdirilməsi günəş işığının miqdarını və hava dövranını idarə etməyə imkan verir. Lamellər tam açıldıqda isə məkan açıq səma ilə birbaşa əlaqə yaradır. Tam bağlandıqda isə pergolanın dam örtüyü bütöv və su keçirməz səth formalaşdırır.
Sistemin yan profillərində LED işıqlandırma üçün xüsusi kanalların olması axşam saatlarında da məkandan rahat istifadə etməyə şərait yaradır.
Alüminium konstruksiya pergolanın uzunömürlü olmasını təmin etməklə yanaşı, müxtəlif rəng seçimləri təqdim edir və korroziyaya qarşı davamlılıq qazandırır. Yağış suları isə konstruksiyaya inteqrasiya olunmuş gizli su kanalları vasitəsilə təhlükəsiz şəkildə uzaqlaşdırılır.
Məkanın funksionallığını artırmaq üçün pergolanın yan hissələri müxtəlif şüşələndirmə sistemləri ilə tamamlana bilər. Sürmə cam balkon, giyotin şüşə sistemi və ya Hebeschiebe sistemi ilə kənarları bağlayaraq daha komfortlu və qorunan bir məkan yaratmaq mümkündür.
“Bioklimatik Pergola” fərdi yaşayış evlərinin həyət və terraslarında, bina terraslarında, restoran, kafe və otellərin açıq sahələrində tətbiq oluna bilər.