- Sistemin maksimum tövsiyə olunan hündürlüyü 2,8–3,2 metrdir.
- Qanad eni 60 sm–1,10 metr aralığında tövsiyə olunur.
- Sistem 4x12x4 mm və ya 4x10x6 mm şüşə variantları ilə tətbiq edilir.
- Profil rəngləri eloksal, tekstura tünd palıd və altın palıd seçimlərində mövcuddur. İstəyə uyğun olaraq profillər boyalı və ya boyasız şəkildə təqdim edilə bilər.
Eko Paket eşikli və eşiksiz 3, 4 və 5 kanallı ikiqat şüşəli sürmə sistemi möhkəmlik, rahatlıq və estetik görünüş nəzərə alınmaqla hazırlanıb. Sistem qış bağçalarının, ofis sahələrinin, kafe, otel və restoranların terraslarının daha komfortlu və funksional məkanlara çevrilməsi üçün istifadə olunur.
İkiqat şüşə konstruksiyası sistemin hermetikliyini artırır və temperatur fərqindən yaranan tərləmənin qarşısını almağa kömək edir. Sistemin hazırlanmasında korroziyaya səbəb olan materiallardan istifadə olunmur.